NAXÇIVAN :

20 May 2025, Çərşənbə axşamı

MİQ üçün elektron sənəd qəbuluna start verilir

...

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin 2025-2026-cı tədris ili üçün elektron sənəd qəbulu mərhələsinə start verilir.

"Şərq qapısı" xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, müsabiqə üzrə qeydiyyat 22 may saat 11:00-dan 29 may saat 11:00-dək davam edəcək.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən namizədlər “Digital Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.

Nəşr edilib : 20.05.2025 18:04