NAXÇIVAN :

28 Avqust 2026, Cümə

Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik

...

Moldova Azərbaycanla ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edir.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Nazirlik Moldovanın Müstəqillik Günü münasibətilə səmimi təbriklərə görə Azərbaycana təşəkkür edib.

"Biz ölkələrimiz arasında dostluğu, əməkdaşlığı yüksək qiymətləndiririk və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik", - paylaşımda qeyd edilib.

Nəşr edilib : 28.08.2026 14:32