Naxçıvanda moped piyadanı vurub
18:13 22.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
“Tarixdə böyük işləri, əməlləri ilə dərin izlər qoymuş şəxsiyyətlərin fövqündə dayanmaq kimi böyük və fövqəlbəşər reytinq qazanmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil. Bu böyük reytinqə nail olmaq Ona heç də asanlıqla başa gəlməmişdi. Bu gün haqqında keçmiş zamanda danışmaq çətin olsa da, təskinliyimiz ondadır ki, bu dahi şəxsiyyət ürəklərimizdə əbədi yaşamaq hüququ qazanıb. Hələ sovet quruluşunda tutduğu vəzifələr, qazandığı zəngin təcrübə bu böyük şəxsiyyətdə insanları yaxından tanımaq, onlara harada hansı vəzifəni tapşırmaq qabiliyyəti formalaşdırmışdı. Ötən əsrin səksəninci illərinin sonlarında baş verən hadisələr doğma Azərbaycanımızı heç birimizin gözləmədiyi məcraya yönəltdi. Məhz belə bir vaxtda Ulu Öndər Heydər Əliyev min bir problem içində boğulan, düşmən hücumlarına hər an tuş gəlmək vəziyyətində qalan doğma torpağa gəlişi ilə hər birimizin həyata inamını özünə qaytardı. Ulu Öndər deyirdi: “...Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm. Məni bir azərbaycanlı kimi bu hüququmdan heç kəs məhrum edə bilməz”.
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülxarə Tarverdiyeva deyib.
Deputat daha sonra bildirib: “1993-cü ildən başlayaraq Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi dövlət kimi möhkəm təməllər üzərində inkişaf etməsi, sosial-iqtisadi həyatın bütün sahələrini əhatə edən köklü dəyişikliklər və dərin islahatların həyata keçirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalq məhəbbətini qazanan şəxsiyyət kimi qalıb və qalacaq. Dahi liderin bu müdrik kəlamları Azərbaycanın bu gününə və sabahına nur saçan qətiyyətli fikirlərdir: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam”.
Qədirbilən xalqımız Ulu Öndərin misilsiz xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır. Məmnunluq doğuran odur ki, Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında layiqli yer tutur, milli maraqlarımız bütün səviyyələrdə qətiyyətlə qorunur. Azərbaycan qüdrətli, öz prinsipial mövqeyi olan, müstəqil siyasət yeridən ölkə kimi tanınır. Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş qüdrətli dövlətdir”
Bu gün həm ölkə, həm də xalq olaraq qəti əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən siyasəti layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanı yüksək zirvələrə aparır. Onun “Qarabağ Azərbaycandır!” kimi tarixi bəyanatı artıq gerçəkləşib. Azərbaycanın şanlı bayrağı Qarabağın bütün bölgələrində dalğalanır. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə və cəmi 23 saat ərzində peşəkar şəkildə həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatları sayəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Qətiyyətli siyasi iradə, güclü ordu, xalq-icma birliyi və beynəlxalq hüquqa əsaslanan ədalətli mövqe sayəsində ölkəmiz təkcə regionda deyil, dünyada haqqın və ədalətin qələbəsinin parlaq nümunəsinə çevrildi. Qarabağ zəfəri bölgədə yeni reallıqlar yaradıb. Dünyanın bir çox dövləti və güc mərkəzi bu reallıqları qəbul edir, onunla hesablaşır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda, Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir. Xalqımız əmindir ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq, öz qüdrətini daha da artıracaq. Çünki ölkəmizin İlham Əliyev kimi qətiyyətli, güclü siyasi iradəyə malik, xalqının və dövlətinin maraqlarını əzmlə, cəsarətlə müdafiə edən Prezidenti var - deputat əlavə edib.
Digər xəbərlər