NAXÇIVAN :

11 Sentyabr 2026, Cümə

Müəllimlərin yalnız üçdəbiri müsabiqə yolu ilə təhsil sisteminə cəlb olunub

...

Hazırda tədris aparan müəllimlərin yalnız üçdəbiri müsabiqə yolu ilə təhsil sisteminə cəlb olunanlardır.

"Şərq qapısı" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, son 10 il ərzində müəllim keyfiyyətinin artırılması istiqamətində diaqnostika və sertifikatlaşdırma kimi mexanizmlərdən istifadə olunub. Onun sözlərinə görə, müəllimlərin 90 faizdən çoxu, təxminən 95 faizi artıq sertifikatlaşdırmadan keçib və hazırda hər bir müəllim haqqında müqayisə edilə bilən məlumat mövcuddur.

Emin Əmrullayev qeyd edib ki, sertifikatlaşdırmanın əsas məqsədi də şagird nailiyyətlərinin yüksəldilməsinə xidmət etməkdir. Bu baxımdan sertifikatlaşdırma məqsəd deyil, həmin məqsədə çatmaq üçün istifadə olunan alətlərdən biridir.

Nazir bildirib ki, sertifikatlaşdırmanın təhsilin nəticələrinə təsiri dərhal görünməyəcək. Bu təsirin ilkin nəticələrinin 2026-cı ildə PISA və PIRLS tədqiqatlarında müəyyən qədər müşahidə olunmasının mümkün olduğunu, daha dolğun nəticələrin isə sonrakı illərdə, o cümlədən 2031-ci ildə özünü göstərəcəyini deyib.

Nəşr edilib : 11.09.2026 14:53