Riyaziyyat üzrə şagirdlərin 16,5 faizi iki il ərzi...
11:28 11.09.2026
0
0
0
Dünyada iqlimlə bağlı proseslər yaxşı istiqamətdə getmir. Təəssüf ki, deyə bilmərik ki, hava şəraiti həmişə günəşli, rahat və yaşayış üçün əlverişli, su ehtiyatları bol olacaq.
"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev Bakıda "EkoSfera" Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "II LCOY Azərbaycan 2026 - II İqlim Dəyişikliyi üzrə Gənclərin Lokal Konfransı"nda çıxışı zamanı deyib.
"Bütün proqnozlar göstərir ki, istiləşmə prosesi daha da intensivləşəcək, təbii fəlakətlərin sayı artacaq. Dünyada daşqınların daha çox baş verməsi, yağıntıların coğrafiyasının və həcminin dəyişməsi gözlənilir"- deyə M. Babayev qeyd edib.
Digər xəbərlər