NAXÇIVAN :

08 Sentyabr 2026, Çərşənbə axşamı

Muxtar Babayev: Kənd təsərrüfatı iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmaq üçün müstəsna əhəmiyyət daşıyır

...

Artıq üç ildir ki, ardıcıl olaraq Bakı İqlim Fəaliyyəti Həftəsini keçiririk. Bu platforma çərçivəsində bütün potensial tərəfdaşları və maraqlı tərəfləri müxtəlif aktual mövzular və problemlər ətrafında bir araya gətiririk. Bu, həm qlobal gündəlik, həm də Azərbaycan üçün son dərəcə böyük əhəmiyyət kəsb edir. Xüsusilə də iqlim prosesləri, iqlimin təsirləri, iqlim dəyişikliyi və bu təsirlərə qarşı mübarizə məsələləri diqqət mərkəzindədir.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri BCAW2026 çərçivəsində keçirilən "Fəaliyyətdə Harmoniya: İqlimə Dayanıqlı Kənd Təsərrüfatı naminə Əməkdaşlıq" mövzusunda yüksəksəviyyəli dəyirmi masada Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev deyib.

Onun fikrincə, iqlim dəyişikliyinin mənfi təsirlərini daha da azaltmaq üçün görə biləcəyimiz tədbirlər və hazırda icra olunan proqramlar əsas prioritetlərimizdir. Bu baxımdan kənd təsərrüfatı və fermer təsərrüfatları müstəsna əhəmiyyət daşıyır.

Nəşr edilib : 08.09.2026 10:45