NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Muxtar respublikada bu ilin 9 ayında verilən güzəştli kreditlərin 7,7 milyon manatı geri qaytarılıb

...

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən kredit borclarının geri qaytarılmasının sürətləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Sahibkarlığın İnkişafı Fondundan "Şərq qapısı"na verilən məlumata görə, fonda öhdəlik olaraq vaxtında qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği 1 oktyabr 2024-cü il tarixinə 5,6 milyon manatdan 2025-ci il 1 oktyabr tarixinə 2,7 milyon manat və ya 1,9 dəfə azalaraq 2,9 milyon manata endirilib.

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş güzəştli kreditlərin 2025-ci ilin 9 ayı ərzində 7,7 milyon manatının geri qaytarılması təmin edilib.

Nəşr edilib : 21.10.2025 11:42