Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq...
09:27 27.06.2026
0
0
0
Carı ilin yanvar-may ayları ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən 4729 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.
Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 12,8 faiz olub.
Qeydiyyata alınan əmlaklardan 2094-ü torpaq sahəsi, 1790-ı fərdi yaşayış və bağ evi, 598-i mənzil, 122-si qeyri-yaşayış sahəsi, 118-i qeyri-yaşayış binası, 7-si isə əmlak kompleksidir.
Cari ilin ötən dövründə daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən, ümumilikdə, 986 min manat xidmət haqqı toplanıb. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,6 min manat və ya 2,6 faiz çoxdur.
Digər xəbərlər