Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
Cari ilin yanvar-iyul aylarında muxtar respublikada 297 milyon 565 min 100 manatlıq sənaye məhsulu istehsal edilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu da 2024-cü ilin müvafiq dövründəki göstəricidən 14,0 faiz çoxdur.
Sənaye məhsulunun 246 milyon 698 min 400 manatı və ya 82,9 faizi malların, 50 milyon 866 min 700 manatı və ya 17,1 faizi isə xidmətlərin payına düşüb.
Digər xəbərlər