NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Muxtar respublikanın xarici ticarət dövriyyəsində ixracın həcmi 24,5 faiz artıb

...

Cari ilin yanvar-avqust aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 79 milyon 628 min 160 ABŞ dollar olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, ticarət dövriyyəsinin 9 milyon 72 min 880 dollarını və ya 11,4 faizini ixrac olunmuş məhsulların, 70 milyon 555 min 280 dollarını və ya 88,6 faizini isə idxal məhsullarının dəyəri təşkil edib.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 8,7 faiz, o cümlədən idxal 11,7 faiz azalıb, ixrac isə 24,5 faiz artıb.

Nəşr edilib : 11.09.2025 15:35