Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
Cari ilin yanvar-iyul aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 69 milyon 19 min 990 ABŞ dolları təşkil edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, ticarət dövriyyəsinin 7 milyon 504 min 880 dollarını və ya 10,9 faizini ixrac olunmuş məhsulların, 61 milyon 515 min 110 dollarını və ya 89,1 faizini isə idxal məhsullarının dəyəri təşkil edib.
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 10,2 faiz, o cümlədən idxal 13,1 faiz azalıb, ixrac isə 24,8 faiz artıb.
Digər xəbərlər