Dünya mətbuatı Prezident İlham Əliyevin “Avropa Si...
17:58 05.05.2026
0
0
0
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev və Elmar Baxşəliyev Türkiyə Cümhuriyyətinin İzmir şəhərində keçirilən beynəlxalq elmi toplantıda iştirak ediblər.
“Şərq qapısı” xəbər verir ki, Ege Universitetində təşkil olunan “Eastern Anatolian Archaeology Workshop III / Doğu Anadolu Arkeolojisi Çalıştayı III” adlı beynəlxalq elmi konfrans “Tarixəqədərki dövrlərdən Dəmir dövrünün sonunadək Şərqi Anadolu arxeologiyası” mövzusuna həsr olunub.
Konfransda Neolit, Eneolit, Tunc və Dəmir dövrlərinə aid arxeoloji, arxeometrik, sahə, epiqrafik, antropoloji və fənlərarası tədqiqatların nəticələri təqdim edilib.
Professor Vəli Baxşəliyev simpoziumda Elmar Baxşəliyevlə həmmüəllif olduğu “Relationship of Nakhchivan with the Near East During the Chalcolithic Period (Nakhchivan, Azerbaijan)” adlı məruzə edib. Məruzə Naxçıvanın Eneolit dövründə Yaxın Şərqlə mədəni əlaqələrinin öyrənilməsinə həsr olunub.
Konfrans proqramına uyğun olaraq Vəli Baxşəliyev II bölmə iclasına sədrlik edib.
Digər xəbərlər