Kamran Əliyev: Azərbaycanın və Rusiyanın prokurorl...
17:36 29.10.2026
0
0
0
Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində 2026-cı ilin yanvar-sentyabr aylarında görülmüş işlərin nəticələri və cari ilin sonunadək qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib.
"Şərq qapısı" xəbər verir ki, iclasda çıxış edən Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev Dövlət Gömrük Komitəsində keçirilmiş müşavirədə müzakirə olunan məsələlər və müəyyənləşdirilən hədəflər barədə məlumat verib.
Bildirilib ki, 2026-cı ilin ilk doqquz ayı ərzində Naxçıvan Muxtar Respublikasında gömrük işi sahəsində dövlət siyasətinin həyata keçirilməsi və xidmətin səmərəliliyinin artırılması istiqamətində mühüm tədbirlər görülüb.
Həmçinin gömrük işi sahəsində daha yüksək nəticələrin əldə olunması, qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsi, ticarətin asanlaşdırılması və gömrük orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının prioritet istiqamətlər olduğu vurğulanıb.
Sonra baş idarə rəisinin müavini Rəşad Bayramov hesabat məruzəsi ilə çıxış edərək cari ilin yanvar-sentyabr aylarında görülmüş işlər və əldə olunan nəticələr barədə məlumat verib.
Daha sonra Rəqəmsal inzibatçılıq şöbəsinin rəisi Emin Eylazov gömrük orqanlarının “Qiymətləndirmə meyarları”nı müqayisəli şəkildə əks etdirən təqdimatla çıxış edib.
Digər xəbərlər