NAXÇIVAN :

11 Fevral 2026, Çərşənbə

Naxçıvan Dövlət Kukla Teatrında əlcək üslubunda premyera

...

Məmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında ilk dəfə olaraq əlcək üslubunda hazırlanan “Güzgü” tamaşasının premyerası baş tutub. Tamaşa janr və təqdimat üslubuna görə tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru Səyyad Məmmədov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Rafael Qədimov, musiqi tərtibatçısı isə Əli Məmmədovdur.
“Güzgü” tamaşası dostluq və özünüdərk mövzusuna həsr olunub. Səhnə əsərində sehrli güzgüyə baxan dovşan, ceyran, tülki, ayı və canavarın hər biri özünü fərqli şəkildə görür. Güzgü qəhrəmanların güclü və zəif tərəflərini üzə çıxarır ki, bu da obrazlar arasında fikir ayrılıqlarına səbəb olur. Tamaşanın sonunda qəhrəmanlar anlayırlar ki, əsas dəyər birlikdə olmaq, bir-birini qəbul etmək və dostluqdur.

Nəşr edilib : 27.12.2025 13:15