NAXÇIVAN :

27 Oktyabr 2026, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetinin baş müəllimi vəfat edib

...

Naxçıvan Dövlət Universitetinin (NDU) Ədəbiyyat və kitabxanaçılıq kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılov vəfat edib.
1960-cı ildə anadan olan Nadir İsmayılov 1981-1986-cı illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb.
Əmək fəaliyyətinə 1977-ci ildə başlayan Nadir İsmayılov müxtəlif təhsil müəssisələrində müəllim və məktəb direktoru vəzifələrində çalışıb. O, 1996-2007-ci illərdə Naxçıvan Dövlət Universitetində Ədəbiyyat kabinəsinin müdiri, 2007-ci ildən müəllim, 2010-cu ildən isə baş müəllim vəzifəsində fəaliyyət göstərib.

Nəşr edilib : 25.10.2026 11:23