Daşınmaz əmlak üzrə texniki pasport və ipoteka müq...
17:01 14.08.2026
0
0
0
Bakı şəhərinin Fəvvarələr meydanında Azərbaycan, Türkiyə, Gürcüstan və Litvanı təmsil edən komandaların iştirakı ilə “Gimnastika hamı üçün” növü üzrə IV Bakı Beynəlxalq Festivalı keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, tədbirə 60 komandadan, ümumilikdə, 900-ə yaxın iştirakçı qatılıb.
Festivalda Naxçıvan Muxtar Respublikasını “Step Legends”, “Ladybug”, “African Echo” və “Şərur-Naxçıvan” komandaları təmsil ediblər. Məşqçilər Humay Qafarova və Xanım Əhmədovanın (“Şərur-Naxçıvan”) rəhbərliyi ilə, ümumilikdə, 40 idmançı festivalda iştirak edərək öz bacarıqlarını nümayiş etdiriblər. Onların təqdim etdikləri rəngarəng və maraqlı çıxışlarla yüksək nəticələr əldə edərək festivalın qalibləri sırasında yer alıblar.
Festivala “Step Legends” və “Şərur-Naxçıvan” komandaları birinci yerə layiq görülüblər. “African Echo” komandası ikinci olmaqla yanaşı, “Ən yaxşı kostyum” nominasiyasının qalibi olub. “Ladybug” komandasının çıxışı da ikinciliklə qiymətləndirilib. Komandanın üzvü İbrahim Nəsrin isə festivalın “Ən balaca iştirakçı” nominasiyasında fərqlənib.
Tədbir çərçivəsində müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırılıb, fərqlənən iştirakçılara diplom və hədiyyələr təqdim olunub.
Digər xəbərlər