DİM: 9 illik təhsil bazası üzrə kolleclərə qəbul p...
11:18 14.08.2026
0
0
0
Bakı şəhərində pankration və qrapplinq idman idman növləri üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında Azərbaycan birinciliyi təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, iki gün davam edən yarışda Naxçıvan Muxtar Respublikasını “Turan” döyüş klubu təmsil edib. Baş məşqçi Xəyal Abdullayevin rəhbərlik etdiyi heyətdə, ümumilikdə, 2 məşqçi və 21 idmançı olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi heyətin yarışda iştirakına dəstək göstərib. Nəticələrə gəlincə, gərgin və maraqlı mübarizə şəraitində keçən ölkə birinciliyində Naxçıvan təmsilçiləri, ümumilikdə, 27 medal qazanıblar. Medallardan 13-ü qızıl, 4-ü gümüş və 10-u isə bürünc əyarlı olub.
İdmançılardan Röya Abdullayeva və Nurəddin Əliyev hər iki idman növündə, Rəhim Quluzadə, Əli Qəribov, Ravil Alməmmədov, Əsgər Heydərov pankrationda, Salman Rzayev, Tunar Abdullayev, Mahir Səfərov, Əli Əbilov və Həmid Əkbərli qrapplinqdə birinci yerə sahib çıxaraq qızıl medal qazanıblar.
Qeyd edək ki, yarışda 1-ci və 2-ci yerin sahibi olan idmançılar bu il Bakıda keçiriləcək dünya çempionatında iştirak hüququ qazanıblar.
Digər xəbərlər