NAXÇIVAN :

29 May 2026, Cümə

Naxçıvan idmançısı Əmrah Nağıyev “Zirvəyə doğru qaçış” yarışında mükafatçı olub

...

Qusar rayonunda 28 May – Müstəqillik Gününə həsr olunmuş  “Zirvəyə doğru qaçış” yarışı təşkil olunub. 
"Şərq qapısı" xəbər verir ki, yarışda 11 və 22 kilometr məsafələr üzrə mindən çox iştirakçı qələbə uğrunda mübarizə aparıb. Onların arasında xaricdən gələn idmançılar da olub.
11 kilometr məsafədə yarışan Naxçıvan təmsilçisi Əmrah Nağıyev finiş xəttini 40 dəqiqə 21 saniyəlik nəticə ilə keçərək ikinci yerə layiq görülüb. İdmançıya təşkilatçılar tərəfindən pul mükafatı, medal və plaket təqdim edilib.
Qeyd edək ki, yarış sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və milli birlik ideyalarının təşviqi məqsədilə keçirilib.

Nəşr edilib : 29.05.2026 18:49