NAXÇIVAN :

14 Avqust 2026, Cümə

Naxçıvan idmançısı Qubada keçirilən yarımmarafonun qalibi olub

...

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Quba Səbətlər – Təngəaltı Gilas Yarımmarafonu təşkil olunub. 
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, yarış iştirakçıları Quba rayonunun Səbətlər kəndindən başlayaraq Təngəaltı istiqamətində bir neçə kəndi keçdikdən sonra geriyə–kənd mərkəzində təyin olunmuş finiş nöqtəsinə qaydıblar. Nəticələr 21 km və 10 km məsafələr üzrə müəyyən olunub.
Yarışda iştirak edən Naxçıvan idmançısı Əmrah Nağıyev 10 km məsafədə 39,05 nəticə ilə birinci yerə sahib çıxıb. Bu qələbə ilə idmançı ötənilki yarımmarafonda olduğu kimi yenə qızıl medalçı olub.

Nəşr edilib : 16.06.2026 18:07