NAXÇIVAN :

14 Sentyabr 2026, Bazar ertəsi

“Naxçıvan” klubu gənc basketbolçu ilə müqavilə imzalayıb

...

“Naxçıvan” basketbol klubu heyətini daha bir gənc basketbolçu ilə gücləndirib.

Klubdan bildirilib ki, komanda 20 yaşlı Murad Babayevlə 1 illik müqavilə imzalayıb. 1,83 metr boya malik basketbolçu son olaraq NTD klubunun formasını geyinib.

Qeyd edək ki, Murad Babayev bu ilin yayında FIBA U-20 Avropa çempionatının B divizionunda Azərbaycan milli komandasının heyətində də çıxış edib.

Nəşr edilib : 14.09.2026 14:30