NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının üçüncü iclasının gündəliyi açıqlanıb

...

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının 18 fevral tarixində keçiriləcək üçüncü iclasının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. “Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının qorunması haqqında” Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi

2. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (birinci oxunuş).

Nəşr edilib : 17.02.2026 12:42