Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr ...
17:21 30.09.2026
0
0
0
NAXÇIVAN :
30 Sentyabr 2026, Çərşənbə
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə 2026-cı il oktyabrın 1-dən noyabrın 1-dək muxtar respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək.
Nazirlikdən "Şərq qapısı"na verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd nəqliyyat vasitələrinin istismarı zamanı atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması, ətraf mühitin mühafizəsi istiqamətində maarifləndirmə işlərinin aparılması və müvafiq nəzarət tədbirlərinin həyata keçirilməsidir.
Aylıq müddətində sürücülərin diqqət yetirməli olduğu əsas məsələlərdən biri nəqliyyat vasitələrinin texniki vəziyyətidir. Xüsusilə mühərrikin və işlənmiş qazların xaric edilməsi sisteminin saz vəziyyətdə saxlanılması atmosferə normadan artıq zərərli tullantıların atılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
Texniki nasazlığı olan və atmosferə normadan artıq zərərli maddələr buraxan nəqliyyat vasitələrinin istismarı ətraf mühitə, eləcə də insanların sağlamlığına mənfi təsir göstərə bilər.
Bu baxımdan, sürücülərə avtomobillərinin texniki vəziyyətini mütəmadi yoxlatdırmaları, aşkar olunan nasazlıqları vaxtında aradan qaldırmaları və nəqliyyat vasitələrini müəyyən edilmiş ekoloji tələblərə uyğun vəziyyətdə saxlamaları tövsiyə olunur.
Ətraf mühitin qorunması və atmosfer havasının çirklənməsinin qarşısının alınması istiqamətində hər bir sürücünün məsuliyyətli davranışı mühüm əhəmiyyət daşıyır.
Digər xəbərlər