NAXÇIVAN :

26 Sentyabr 2026, Şənbə

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində nümunəvi mülki müdafiə məşqi keçirilib

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi mülki müdafiə məşqi keçirilib.
Qurumdan "Şərq qapısı"na verilən məlumata görə, məşqin keçirilməsində əsas məqsəd fövqəladə hadisələr zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili, qarşılıqlı fəaliyyətin təmin olunması, əməkdaşların fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi və müvafiq hallarda düzgün davranış vərdişlərinin formalaşdırılması olub.
Məşqin praktiki hissəsindən öncə iştirakçılara fövqəladə hadisələr zamanı təhlükəsizlik qaydaları, təxliyənin təşkili, ilkin tədbirlərin görülməsi və yaranan vəziyyətə uyğun fəaliyyətin həyata keçirilməsi barədə müvafiq məlumatlar verilib.
Məşq zamanı şərti fövqəladə hadisə barədə məlumatın aidiyyəti üzrə çatdırılması, mülki müdafiə qüvvələrinin fəaliyyətə cəlb edilməsi, nəticələrinin aradan qaldırılması, idarəetmə və qarşılıqlı əlaqənin təşkili, “zərərçəkmişlərə” ilkin yardımın göstərilməsi və digər əməliyyatlar icra olunub. 
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilən nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Nəşr edilib : 26.09.2026 09:59