Məhkəmədə Ermənistanda və vaxtilə Azərbaycanın işğ...
22:40 19.05.2025
0
0
0
NAXÇIVAN :
19 May 2025, Bazar ertəsi
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, mayın 15-dən 17-dək Özbəkistanın Daşkənd, Nukus və Muynak şəhərlərində Qlobal Gənclər Festivalı çərçivəsində “Rəqəmsal Yaşıl Təşəbbüslər” Forumu keçirilib. Babək Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyev də Azərbaycan nümayəndə heyətinin tərkibində festivalın iştirakçıları arasında olub.
Açılış mərasimində Özbəkistan Respublikasının birinci xanımı, “Zamin” fondunun Vasitəçilik Şurasının sədri Ziroat Mirziyoyeva, BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paullier və Özbəkistan Gənclər İşləri Agentliyinin direktoru Alişer Sadullayev salamlama nitqi ilə çıxış ediblər. Daha sonra təşkil edilən sessiyada Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova və digər nümayəndələr çıxış ediblər.
Azərbaycan nümayəndə heyəti festivalda fəal iştirak edib, ölkəmizin COP29 konfransına ev sahibliyi etməsi, gənclər siyasəti sahəsində görülən işlər, fəaliyyətlər, azad edilmiş ərazilərdə həyata keçirilən ağıllı şəhər layihələri və istiqəmətlər üzrə təqdimatlar ediblər. Festival çərçivəsində keçirilən Azərbaycan-Özbəkistan Gənclər Forumu zamanı hər iki ölkənin gəncləri arasında birgə əməkdaşlıq, təcrübə mübadiləsi və gənclərin ekoloji təşəbbüsləri üzrə fikir mübadiləsi aparılıb.
Festival çərçivəsində Muynak şəhərinə səfər zamanı nümayəndələr Aral dənizinin ekoloji fəlakəti ilə yerində tanış olub, fəlakətin yaratdığı sosial-iqtisadi təsirlər barədə geniş məlumat əldə ediblər. Bundan başqa, nümayəndə heyəti Daşkənddə yerləşən “IT Park” texnologiya mərkəzini ziyarət edib, burada rəqəmsal startaplar, “yaşıl texnologiya”lar, inkubasiya və dəstək ekosistemləri ilə tanış olublar.
Digər xəbərlər