NAXÇIVAN :

02 May 2025, Cümə

Naxçıvan Muxtar Respublikasında fevral ayının 15-nə gözlənilən hava proqnozu

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə, fevral ayının 15-də Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində hava şəraitinin arabir yağmurlu keçəcəyi və duman olacağı gözlənilir.
Qərb küləyinin sürətinin saniyədə 5-10 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə küləyin sürətinin artacağı proqnozlaşdırılır.
 Havanın temperaturunun gecə 4-9° şaxta, gündüz isə 0+5° isti (bəzi yerlərdə 2°-dək şaxta) olacağı ehtimal olunur.

Nəşr edilib : 14.02.2025 22:59