QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə...
17:36 13.10.2026
0
0
0
NAXÇIVAN :
13 Oktyabr 2026, Çərşənbə axşamı
Babək rayonundan mərkəzə müraciət edən hamilə qadın hamiləliyinin 30-cu həftəsində üçəm dünyaya gətirib.
"Şərq qapısı" xəbər verir ki, körpələrdən ikisi oğlan, biri isə qızdır. Onlardan biri 1 100 qram, digəri 900 qram, üçüncüsü isə 800 qram çəki ilə doğulub.
Hamiləliyin vaxtından əvvəl başa çatması ilə əlaqədar hər üç körpədə ekstremal az doğum çəkisi, ağciyərlərin və həzm sisteminin gestasion yetişməməsi müşahidə olunub. Bu səbəbdən körpələr Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilərək müvafiq müayinə, müalicə və xüsusi qulluqla təmin ediliblər.
Müalicə müddətində ağciyərlərin yetişməsini dəstəkləmək məqsədilə surfaktant terapiyası tətbiq olunub, tibbi göstərişlərə uyğun olaraq tənəffüs və oksigen dəstəyi təmin edilib. Körpələrin vəziyyəti küvəz şəraitində, davamlı monitorinq və fərdi qulluq əsasında izlənilib.
Aparılan müalicə və intensiv qulluq nəticəsində hər üç körpənin klinik vəziyyətində stabilləşmə əldə olunub. Hazırda körpələrin vəziyyəti kafi və stabildir.
Bu gün isə körpələr tibbi nəzarətin davam etdirilməsi məqsədilə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına köçürülüblər.
Qeyd edək ki, hamiləliyin idarə olunması və qeysəriyyə əməliyyatı ginekoloq Bəhriyyə İsmayılova, körpələrin müalicə prosesi isə neonatoloq Ülviyyə Vəliyeva tərəfindən həyata keçirilib.
Digər xəbərlər