Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçə...
18:33 13.10.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Texniki Kollecində “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunvericilikdən irəli gələn vəzifələr və sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin zərərli vərdişlərə aludəçiliyinin profilaktikası” mövzusunda tədbir keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbirdə çıxış edənlər mövzunun əhəmiyyətindən danışaraq Azərbaycan Respublikasının tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunundan, müvafiq fərmanlardan irəli gələn və qarşıya qoyulan vəzifələrdən, həmçinin tütündən istifadənin zərəri, ətraf mühitdəki tütün tüstüsünün mənfi təsirləri və əhalinin məlumatlandırılması barədə məlumat veriblər. Həmçinin çıxış edənlər profilaktik tədbirlərin təşkil olunması, ictimai yerlərdə qanunla müəyyən edilmiş tütün məmulatlarından istifadə qaydalarına və qanunlara əməl olunmasının vacibliyini vurğulayıblar.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Digər xəbərlər