Ombudsman: Energetik içkilər uşaqların sağlamlıq h...
12:31 21.04.2026
0
0
0
Sel sularının təsirinə məruz qalan Naxçıvan-Sədərək magistral qaz kəmərinin açıq qalan hissələrində bərpa işləri aparılıb.
"Azəriqaz" İB Naxçıvan Regional Qaz İstismar İdarəsindən "Şərq qapısı"na bildirilib ki, kəmərin üzəri torpaqla örtülərək möhkəmləndirilib.
Qeyd edək ki, magistral qaz kəmərlərində təhlükəsizlik ən mühüm prioritetlərdən biridir. Hər hansı təbii hadisə və ya təsadüfi zədələnmə hallarında operativ reaksiya göstərilməsi, qazın fasiləsiz və təhlükəsiz ötürülməsində xüsusi əhəmiyyət kəsb edir.
Digər xəbərlər