NAXÇIVAN :

05 Noyabr 2026, Cümə axşamı

Naxçıvan şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

...

8 Noyabr – Zəfər Günü münasibətilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivi və tabe təşkilatlarının iştirakı ilə ağacəkmə və yaşıllıqlara qulluq aksiyası keçirilib.
“Şərq qapısı” Naxçıvan Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, aksiya çərçivəsində 150 ağac əkilib, mövcud yaşıllıq sahələrinə qulluq göstərilib.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərə və şəhidlərimizin əziz xatirəsinə həsr olunan aksiya həm qəhrəmanlarımızın xatirəsinə ehtiramın, həm də şəhərin ekoloji mühitinin yaxşılaşdırılmasına verilən töhfənin ifadəsidir.
Qeyd edək ki, Naxçıvan şəhərində yaşıllıqların artırılması və ətraf mühitin qorunması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Nəşr edilib : 05.11.2026 17:08