Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, sentyabrın 2-dən 5-dək Naxçıvan şəhərində Azərişıq ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş tədbirlər planına əsasən təmir-bərpa işləri aparılacaq. 110/35/10 kilovoltluq "Xalçaçılıq" yarımstansiyasından qidalanan 10/04 kV-luq xətlərin dartılması və ağacların budaması işləri aparılacaq.
Bununla əlaqədar Naxçıvan şəhərində Əliabad qəsəbəsində, Nəcməddin Naxçıvani, Səməd Vurğun küçələrində, 54,56,60 və 61-ci məhəllələrdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri nəzərdə tutulub.
Digər xəbərlər