NAXÇIVAN :

30 Oktyabr 2026, Cümə

Naxçıvan şəhərində istilik mövsümü noyabrın 1-də başlayacaq

...

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-dən start veriləcək.
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 4 may tarixli  Qərarına əsasən soyuq iqlim şəraiti nəzərə alınaraq ölkənin 26 şəhər və rayonunda istilik mövsümünün 2026-cı il noyabrın 1-dən 2027-ci il mayın 1-dək davam etməsi müəyyənləşdirilib.
Bununla əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 2026-cı il 29 oktyabr  tarixli Sərəncamına əsasən noyabrın 1-dən etibarən Naxçıvan şəhərindəki bütün fərdi və mərkəzləşdirilmiş qazanxanaların fəaliyyəti təmin ediləcək.
Beləliklə, qeyd olunan tarixdən şəhər ərazisində istilik təchizatına başlanılacaq.

Nəşr edilib : 30.10.2026 18:36