NAXÇIVAN :

30 Oktyabr 2026, Cümə

Şahbuz rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq

...

“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) "Şərq qapısı"na verilən məlumata görə, oktyabrın 31-də 110/35/10 kV-luq Xalxal yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar 35 kV-luq hava elektrik xəttində enerji müvəqqəti dayandırılacaq.
Bununla əlaqədar oktyabrın 31-də saat 10:00-dan 13:00-dək  Şahbuz rayonunda  elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Qeyd edək ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. Görülən işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə yaşayan abonentlərin daha keyfiyyətli, etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Nəşr edilib : 30.10.2026 18:42