NAXÇIVAN :

14 Avqust 2026, Cümə

Naxçıvan şəhərində könüllü qanvermə aksiyaları keçirilir

...

Məhərrəm ayının 10-cu günü – Aşura günü münasibətilə Naxçıvan şəhərində yerləşən üç məsciddə könüllü qanvermə aksiyaları keçirilir.

“Şərq qapısı” xəbər verir ki, aksiyalar saat 09:00-dan 13:00-dək Heydər məscidi kompleksi, həmçinin Sarvanlar və Pirqəmiş məscidlərində təşkil olunur.

Qeyd edək ki, qanvermə aksiyalarında iştirak etmək insan həyatının xilasına töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır. Bu nəcib təşəbbüsə qoşulmaq istəyən vətəndaşlar göstərilən məscidlərə müraciət edə bilərlər.

Nəşr edilib : 25.06.2026 10:12