Media: “YAŞAT” yay məktəbləri ölkələr arasında mün...
18:37 21.07.2026
0
0
0
NAXÇIVAN :
21 Iyul 2026, Çərşənbə axşamı
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində quraşdırılan sadə tipli açıq hava idman qurğuları əhalinin sağlam həyat tərzinə təşviqi, asudə vaxtının səmərəli təşkili, eləcə də bədən tərbiyəsi və idmanın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, 2024-cü ilin sonlarından etibarən sakinlərin istifadəsinə verilən idman avadanlıqlarının bir qismi ehtiyatsız istifadə nəticəsində zədələnib, bəzi avadanlıqlar isə tamamilə sıradan çıxıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən açıq hava idman qurğularının yenidən istifadəyə yararlı vəziyyətə gətirilməsi məqsədilə Naxçıvan şəhərinin müxtəlif ərazilərində təmir-bərpa işləri aparılıb.
Görülən işlər çərçivəsində Əliabad qəsəbəsi, Əziz Əliyev küçəsi, Qoçüstü və Əlincə məhəllələri, eləcə də Nizami küçəsində yerləşən açıq hava idman meydançalarında zədələnən alətlər bərpa olunub, nasazlıqlar aradan qaldırılıb, ərazilərdə abadlıq və təmizlik işləri aparılıb.
Qeyd edək ki, Dövlət Proqramına uyğun olaraq muxtar respublikanın bütün regionlarını əhatə etməklə, ümumilikdə, 19 ərazidə sadə tipli açıq hava idman qurğuları quraşdırılaraq vətəndaşların istifadəsinə verilib. Onlardan 8-i Naxçıvan şəhərinin payına düşür.
Gənclər və İdman Nazirliyi vətəndaşları istifadəyə verilən idman qurğularına həssaslıqla yanaşmağa, onların qorunmasına və təyinatı üzrə istifadə edilməsinə məsuliyyətlə yanaşmağa çağırır.
Digər xəbərlər