NAXÇIVAN :

03 May 2026, Bazar

Naxçıvan şəhərində növbəti əmək yarmarkası keçiriləcək

...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində növbəti əmək yarmarkası keçiriləcək.
Naxçıvan şəhəri, Nəsrəddin Tusi küçəsində yerləşən Naxçıvan Biznes Mərkəzində mayın 1-i saat 10:00-da baş tutacaq yarmarkaya Naxçıvan Muxtar Respublikasının işsiz və işaxtaran sakinləri dəvətlidirlər.
30-dan çox işəgötürən üzrə 150-dən çox vakansiya muxtar respublika sakinlərinə təqdim ediləcək.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Yarmarkada işaxtaran və işsiz şəxslərə işəgötürənlərlə bilavasitə təmas yaratmaq imkanı yaradılır.
Vakansiyalar iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

Nəşr edilib : 28.04.2026 15:58