Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb...
17:15 22.09.2026
0
0
0
NAXÇIVAN :
22 Sentyabr 2026, Çərşənbə axşamı
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 4 mart 2026-cı il tarixli Sərəncamının 3-cü bəndinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Şəhərsalma həftəsi” mövzusunda tədbir keçirilib.
“Şərq qapısı” Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin inzibati binasının akt zalında keçirilən tədbir Ümumdünya Məskunlaşma Günü və Ümumdünya Şəhərlər Günü ilə əlaqədar şəhərsalma və memarlıq sahəsində ictimai maarifləndirmənin artırılması məqsədilə təşkil olunub.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Turab Əmirov açıb. O, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışaraq şəhərlərin planlı və dayanıqlı inkişafının, əhalinin rahat və təhlükəsiz yaşayışı üçün əlverişli şəhər mühitinin formalaşdırılmasının vacibliyini vurğulayıb. Aparat rəhbəri, həmçinin şəhərsalma və memarlıq sahəsində ictimai maarifləndirmənin genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.
Sonra komitənin Şəhərsalma və memarlıq şöbəsinin müdiri Şəfəq Cəfərova, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin əməkdaşı Həbib Kərimov, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Samir Hüseynzadə, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Qalib Abbasov, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşı Taleh Quliyev çıxış ediblər.
Çıxışlarda müasir şəhər mühitinin formalaşdırılmasında şəhərsalma və memarlığın rolu, ərazi planlaşdırılması, tikinti təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, şəhər infrastrukturunun inkişafı, torpaq və əmlak münasibətlərinin tənzimlənməsi, eləcə də şəhərlərin dayanıqlı inkişafının təmin olunması ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Tədbirdə, həmçinin şəhərsalma və memarlıq sahəsində görülən işlər, mövcud məsələlər və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər