NAXÇIVAN :

24 Iyul 2026, Cümə

Naxçıvan şəhərinin 1 küçə və 2 məhəlləsinin qaz təchizatı dayandırılacaq

...

İyulun 24-də Naxçıvan şəhərinin qaz təchizatı sistemində təmir-quraşdırma işləri aparılacaq.

"Şərq qapısı" xəbər verir ki, bu səbəbdən sabah saat 14:10-dan şəhərin Atabəylər, Əlincə məhəllələrinin və Əliqulu Qəmküsar küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Təmir-quraşdırma işləri yekunlaşdıqdan sonra həmin ərazilərə mavi yanacağın verilişi bərpa olunacaq.

Nəşr edilib : 23.07.2026 23:31