NAXÇIVAN :

01 May 2025, Cümə axşamı

Naxçıvan Təlim Mərkəzi “Rəhbərlər üçün İnkişaf Proqramı”na start verir

...

24 aprel 2025-ci il tarixdə Naxçıvan Təlim Mərkəzi publik hüquqi şəxsi NMR-da fəaliyyət göstərən 19 dövlət orqanını təmsil edən 40 məsul əməkdaş üçün xüsusi tərtib olunan “Rəhbərlər üçün İnkişaf Proqramı”na başlayır. 2 ay müddətində iştirakçılara liderlik yanaşmaları, strateji düşüncə, natiqlik, motivasiya, stresin idarə olunması, səlahiyyətlərin ötürülməsi, münaqişələrin effektiv idarə olunması və qərarvermə bacarıqları mövzularında təlimlər keçiriləcək. Təlimləri uğurla başa çatdıran iştirakçılara  müvəffəqiyyət sertifikatı təqdim olunacaq. Təlimçi “ASA-Azərbaycan Tədris Akademiyası”nın rəhbəri, ABŞ-ın “Beynəlxalq Liderlik Proqramı”nın məzunu İlhamə Novruzova həm şəxsi, həm də komanda yönümlü liderlik bacarıqlarının inkişaf etdirilməsi istiqamətində maraqlı təcrübələri bölüşəcək. 
Qeyd edək ki, Naxçıvan Təlim Mərkəzi – muxtar respublika ərazisində dövlət qurumlarının əməkdaşlarının peşəkar inkişafı və gənclərin peşə bacarıqlarının artırılması məqsədilə ixtisaslaşdırılmış təlimlər və proqramlar həyata keçirən publik hüquqi şəxsdir.

Nəşr edilib : 23.04.2025 15:30