“TurAz Qartalı-2026” birgə taktiki-uçuş təlimi baş...
13:00 02.05.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən bu ilin yanvar-mart ayları ərzində, ümumilikdə, 2060 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb.
Hesabat dövründə əlavə olaraq 167 torpaq sahəsi, 47 qeyri-yaşayış binası, 42 mənzil, 36 qeyri-yaşayış sahəsi və 21 fərdi yaşayış evi olmaqla, ümumilikdə, 313 yeni daşınmaz əmlak obyektinə ünvan verilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 52 faiz artım deməkdir.
Digər xəbərlər