NAXÇIVAN :

13 Fevral 2026, Cümə

Naxçıvanda 39 kiloqramdan artıq heroin aşkar edildi

...

Xüsusi üsulla gizlədilmiş 39 kiloqramdan artıq heroin aşkar edilib

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində, xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
“Culfa” gömrük postunda ölkəmizdən tranzit keçməklə İrandan Polşaya "plastik üzlük lövhələr” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib. 
Yoxlama zamanı nəqliyyat vasitəsindəki plastik üzlük panellərin içərisinə malların aşkarlanmasını çətinləşdirən üsullardan istifadə edilməklə yerləşdirilərək sıxışdırılmış 780 ədəd paketdə, ümumi təmiz çəkisi 39 kiloqram 315, 246 qram külli miqdarda narkotik vasitə-heroin aşkar edilib.

Nəşr edilib : 19.01.2026 09:25