NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvanda 6 mindən çox abonentin qazı kəsiləcək

...

Naxçıvan şəhər Əziz Əliyev prospektində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq saat 12:30-dək 6437 abonentin və 300 qeyri-yaşayış obyektinin müvəqqəti olaraq qaz təchizatı dayandırılacaq. 
"Şərq qapısı" xəbər verir ki, təmir-bərpa işləri zamanı 10-cu küçə, Çənlibel məhəlləsi, 36-cı məhəllə, 20-ci məhəllə, Məmməd Araz küçəsi, Xətai məhəlləsi, 48-ci məhəllə, 49-cu məhəllə, Əziz Əliyev küçəsi, Şahtaxtinski küçəsi, 9-cu məhəllə, 35-ci məhəllə, Ümid gənclər şəhərciyi, Sabir küçəsi, 11-ci məhəllə, 12-ci məhəllə, Qoçüstü məhəlləsi, “Cahan” Ticarət Mərkəzində qaz təchizatında məhdudiyyət olacaq.

Nəşr edilib : 08.04.2026 11:16