NAXÇIVAN :

18 Sentyabr 2026, Cümə

Naxçıvanda 7 minə yaxın qadın sahibkarlıq fəaliyyəti ilə məşğuldur

...

“Hazırda muxtar respublikada 24 608 aktiv fiziki sahibkar vardır ki, onlardan 6981-i qadınlardır. Sahələr üzrə aktiv fəaliyyət göstərən, eyni zamanda yerli vergi orqanlarında qeydiyyatda olan qadın sahibkarların sayı belədir: kənd təsərrüfatı sahəsində 4792, sənaye sahəsində 73, rabitə və nəqliyyat sahəsində 92, ticarət sahəsində 630, xidmət sahəsində 1100 nəfər və digər sahələr üzrə fəaliyyət göstərir”.

“Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Naxçıvan Qadın Sahibkarlar Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, komitənin fəaliyyət istiqamətləri çərçivəsində qadınların dayanıqlı inkişafı, xüsusilə də kənd yerlərində yaşayan qadınların özünüməşğulluğunun təmin olunması, onların iqtisadi fəallığının artırılması və gəlir əldə etmək imkanlarının genişləndirilməsi istiqamətində bilik və bacarıqlarının artırılması məqsədilə daim dəstək göstərilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər qadınların əmək bazarında və sahibkarlıq fəaliyyətində daha fəal iştirakına şərait yaratmaqla yanaşı, onların ailə büdcəsinə töhfəsini artırır və nəticə etibarilə, Naxçıvanın sosial-iqtisadi inkişafına müsbət təsir göstərir.

Nəşr edilib : 18.09.2026 11:55