NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanda 9 ayda 53 hərrac keçirilib

...

Bu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında keçirilən hərraclar şəffaflıq və rəqabət prinsipləri əsasında davam etdirilib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən cari ilin ilk doqquz ayında 53 hərrac təşkil olunub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, keçirilən hərraclarda 8 nəqliyyat vasitəsi, 21 bələdiyyə torpağı, 2 fərdi ev, 8 qeyri-yaşayış sahəsi, 1 mənzil, 2 yer təki və 11 adda xammal və material satılıb.

Nəşr edilib : 22.10.2025 10:30