NAXÇIVAN :

11 Iyul 2026, Şənbə

Naxçıvanda avtomobil yanıb

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan-Sədərək magistral avtomobil yolunun Kəngərli rayonunun ərazisindən keçən hissəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Kəngərli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən avtomobildə baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın hadisəsi nəticəsində avtomobilin elektrik qoruyucu şiti, kapot hissəsi və 1 ədəd sol təkəri yanıb.

Nəşr edilib : 11.07.2026 14:35