NAXÇIVAN :

03 May 2026, Bazar

Naxçıvanda baş verən qəzada "Niva" aşıb

...

"Şərq qapısı" xəbər verir ki, yol-nəqliyyat hadisəsi şəhərin Mustafa Kamal Atatürk küçəsində baş verib. Belə ki, 75-BE-667 dövlət nömrə nişanlı “Niva” markalı avtomobillə 75-BE- 955 dövlət nömrə nişanlı “KIA” markalı avtomobil toqquşub. Qəza nəticəsində avtomobillərdən biri aşıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 14.01.2026 18:56