Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən muxtar respublikanın bir sıra yerli əhəmiyyətli və kənddaxili avtomobil yollarında əsaslı təmir işlərinin aparılması ilə bağlı hazırlanmış layihələrdən birinin tender mərhələsi başa çatıb. Tenderin qalibi Bakı şəhərində fəaliyyət göstərən “Elta Development” QSC olub. Hazırda tərəflər arasında müqavilənin bağlanması prosesi həyata keçirilir. Bu mərhələ başa çatdıqdan sonra cəmiyyətin əməkdaşları tərəfindən Ordubad, Şahbuz, Babək və Culfa rayonlarının bəzi şəhər və kənddaxili avtomobil yollarında əsaslı təmir işlərinə başlanılacaq.
Qeyd edək ki, təmir-bərpa işləri Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında icra olunacaq. Eyni zamanda Naxçıvan şəhərinin mərkəzi küçələri və digər rayonların avtomobil yolları ilə bağlı hazırlanan layihələrin də tender mərhələsi davam etdirilir.
Digər xəbərlər