NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

Naxçıvanda bu ilin 5 ayında 32 dövlət əmlakı özəlləşdirilib

...

Cari ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən muxtar respublikada 32 dövlət əmlakı özəlləşdirilib.

Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, özəlləşdirmədən daxil olan 105,2 min manat muxtar respublika büdcəsinə ödənilib.

Cari ilin beş ayı ərzində muxtar respublikada 25 hərrac keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə keçirilmiş hərracların sayı 13,6 faiz çox olub. Ötən dövr ərzində keçirilmiş hərraclardan 33,8 min manat xidmət haqqı daxil olub.

Nəşr edilib : 24.06.2026 09:59