Türkiyə ilə ABŞ arasında yeni nəsil nüvə texnologi...
14:24 22.09.2026
0
0
0
NAXÇIVAN :
22 Sentyabr 2026, Çərşənbə axşamı
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində büdcə təşkilatlarının nümayəndələri üçün “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “e-mühasibat” altsisteminin tətbiqi ilə bağlı təlim keçirilib.
Maliyyə Nazirliyindən bildirilib ki, təlimlərdə Muxtar Respublikanın 90 büdcə təşkilatının maliyyə və mühasibat uçotu sahəsində çalışan 145 əməkdaşı iştirak edib.
Təlim zamanı “e-mühasibat” altsisteminin tətbiqinin mühasibat uçotunun elektronlaşdırılması, maliyyə məlumatlarının daha çevik və sistemli idarə olunması, eləcə də maliyyə hesabatlılığının təkmilləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Bildirilib ki, təlimin əsas məqsədi büdcə təşkilatlarında “e-mühasibat” altsisteminin tətbiqinə hazırlıq səviyyəsinin artırılması, maliyyə və mühasibat uçotu sahəsində çalışan əməkdaşların sistemdən istifadə üzrə nəzəri bilik və praktiki bacarıqlarının təkmilləşdirilməsidir.
İki gün davam edən təlimdə iştirakçılara “e-mühasibat” altsisteminin funksional imkanları və istifadə qaydaları, mühasibat uçotunun elektron formada aparılması, ilkin qalıqların sistemə daxil edilməsi, ehtiyatların və əsas vəsaitlərin uçotunun təşkili barədə ətraflı məlumat verilib. Həmçinin anbarlar və struktur bölmələri arasında yerdəyişmə əməliyyatlarının həyata keçirilməsi, maddi-məsul şəxslər üzrə əməliyyatların idarə olunması, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi prosesləri praktiki nümunələr əsasında izah edilib.
Digər xəbərlər