NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişdirilib

...

15 mart 2026-cı il tarixdə Naxçıvanda keçirilməli olan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının vaxtı dəyişdirilib və aprelin 19-da təşkil olunacaq.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

"Şagirdlərin nəzərinə çatdırırıq ki, imtahanda iştirak etmək üçün buraxılış vərəqəsi imtahandan, təqribən, bir həftə öncə mərkəzin saytına yerləşdiriləcək. Hazırda buraxılış vərəqəsini çap etmiş şagirdlər də həmin vaxt yenidən “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər", – deyə qeyd olunub.

Nəşr edilib : 06.03.2026 15:57