NAXÇIVAN :

19 Noyabr 2026, Cümə axşamı

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 20,8 faiz artıb

...

2026-cı ilin yanvar-oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən 10 435 daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyat sayında 20,8 faiz artım müşahidə olunub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən "Şərq qapısı"na verilən məlumata əsasən qeydiyyata alınan əmlaklardan 4785-i torpaq sahəsi, 3926-sı fərdi yaşayış və bağ evi, 1302-si mənzil, 203-ü qeyri-yaşayış sahəsi, 203-ü qeyri-yaşayış binası, 16-sı isə əmlak kompleksidir.
Cari ilin 10 ayı ərzində daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən, ümumilikdə, 2 milyon manatdan artıq xidmət haqqı daxil olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 109,5 min manat və ya 5,5 faiz çoxdur.

Nəşr edilib : 19.11.2026 09:53